AI ilə 1 ayda analitikaQrupİndividual
1 ayda AI ilə Data Analitika
Datanı tanımaqdan sual qurmağa, Excel, Python və pandas ilə analizdən qərar təqdimatına qədər - ChatGPT, Claude və Copilot köməyi ilə sürətli və yoxlanılan şəkildə.

- 1 ay
- müddət
- 2×
- həftədə dərs
- 2 saat
- hər dərs
- tezliklə
- başlanğıc
Kurs haqqında.
Kurs 5 modul və 8 dərsdən ibarətdir. Hər dərs konkret praktiki nəticə ilə tamamlanır, kursun sonunda isə iştirakçılar real dataset üzərində bitirmə layihəsi hazırlayırlar. İlk mərhələdə data analitikanın iş prinsiplərini və DIG metodunu öyrənəcəksən. Excel və Copilot ilə datanı təmizləyəcək, hesablamalar aparacaq və bir ekranlıq dashboard hazırlayacaqsan. Python və pandas ilə datanı oxumağı, təmizləməyi, birləşdirməyi və analiz etməyi öyrənəcəksən. ChatGPT, Claude və Copilot analiz planının qurulması, kodun yazılması, izah edilməsi və xətaların tapılması üçün köməkçi kimi istifadə olunur. AI nəticəsi avtomatik doğru qəbul edilmir: hər hesablama, kod və insight data üzərində yoxlanılır. Kurs Azərbaycan dilində, başlanğıc səviyyədə keçirilir. Proqramlaşdırma biliyi tələb olunmur. Hər dərs 2 saatdır.
Kimlər üçündür
- Data ilə işləməyə yeni başlayanlar
- Hesabatlarını Excel-də hazırlayan mütəxəssislər
- Data analitikası istiqamətində inkişaf etmək istəyənlər
- Biznes qərarlarını data ilə əsaslandırmaq istəyən mütəxəssis və menecerlər
- Proqramlaşdırma təcrübəsi olmayan iştirakçılar
Kursun sonunda
- Biznes sualını ölçülə bilən analiz məqsədinə çevirmək
- DIG metodu ilə dataseti təsvir etmək və analiz planı qurmaq
- Excel və Copilot ilə datanı təmizləmək, hesablamaq və vizuallaşdırmaq
- ChatGPT və Claude ilə analiz planı və düzgün sorğular hazırlamaq
- Python və pandas ilə datanı oxumaq, təmizləmək və analiz etmək
- Nəticələri əsas statistik metodlarla yoxlamaq və məhdudiyyətlərini izah etmək
- Excel-də bir ekranlıq dashboard və aydın insight xülasəsi hazırlamaq
- Analizi qərar təqdimatına və bitirmə layihəsinə çevirmək
Tam proqram.
5 modul, 8 mövzu. Dərslərdə bunlardan əlavə mövzulara da toxunuruq.
Data analitikanın rolu, data tipləri və mənbələri, analitik iş axını və DIG metodu ilə datasetin təsviri və analiz planının qurulması.
- Data analitikaya giriş
- DIG metodu: Description, Introspection, Goal Setting
Excel və Copilot ilə original datanın qorunması, məlumatların təmizlənməsi, düsturlar, pivot cədvəllər, KPI-lar, qrafiklər və bir ekranlıq dashboard hazırlanması.
- Copilot AI ilə Excel-də data analizi
Python əsasları, Pandas ilə datanın oxunması, təmizlənməsi, çevrilməsi və birləşdirilməsi; ChatGPT və Claude ilə kodun yazılması, izah edilməsi və xətaların düzəldilməsi.
- Python-a giriş və AI ilə kodlaşdırma
- Pandas ilə datanın təmizlənməsi və analizi
Təsviri statistika, paylanma, kənar dəyərlər, korrelyasiya, trend və seqmentasiya; nəticələrin Excel və Pandas ilə yoxlanması, ChatGPT və Claude ilə şərh edilməsi və qərar təqdimatına çevrilməsi.
- AI ilə statistika və nəticələrin yoxlanması
- Insight, Excel dashboard və qərar təqdimatı
Real dataset üzərində komanda işi: DIG metodu, Excel, Python və Pandas ilə analiz, AI və insan töhfəsinin ayrılması, nəticələrin yoxlanması və təqdimatı.
- Birlikdə layihə - bitirmə layihəsi
Dərs günləri və saatlar.
Bütün saatlar Bakı vaxtı ilə (GMT+4). Hər dərs 2 saatdır.
Bir dərs120 dəq · həftədə 2×
Dərsin izahı
60 dəq
Hands-on praktika
60 dəq
Qruplar formalaşır — müraciət et, açılan kimi xəbər verək.
- Excel
- Copilot
- ChatGPT
- Claude
- Python
- Pandas
Səni kim öyrədəcək?

Fərid HüseynovBaş instruktor
Lead Software Engineer
Almaniya, ABŞ, Türkiyə və Azərbaycanda proqram təminatı komandalarına rəhbərlik edib.
AlmaniyaABŞTürkiyəAzərbaycan

Hüseyn Əhmədov
Data Analyst, Excel eksperti
Türkiyə və Azərbaycanda data analitikası və hesabatlıq layihələrində təcrübəli mühəndis.
TürkiyəAzərbaycan

Oğuz Mədinəli
AI Engineer
Danimarka, Türkiyə və Azərbaycanda süni intellekt məhsulları üzərində işləyib.
DanimarkaTürkiyəAzərbaycan
Suallar və cavablar.
Sualın qaldı?
Hansı kursun sənə uyğun olduğunu bilmirsənsə, yaz — məqsədinə görə seçməyə kömək edək.
WhatsApp-da yaz1 ayda AI ilə Data Analitika kursuna başlamağa hazırsan?
Müraciət et, səninlə əlaqə saxlayıb qrupun detallarını göndərək.

